Müdafiə Nazirliyi məlumat yaydı
Müdafiə Nazirliyindən (MN) Ermənistan mətbuatının növbəti dəfə guya, Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərə münasibət bildirilib.
MN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən rəsmi surətdə təsdiqlənib.
Ermənistan tərəfi də monitorinqin qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Lakin həmin xəbərdə Azərbaycan tərəfinin guya, ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığı da bildirilib.
"Bildiririk ki, mart ayının 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində keçirilmiş monitorinqdən sonra da erməni tərəfi bu cür təxribat xarakterli məlumat yaymışdı.
Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir, monitorinqin baş tutması və sona çatmasını orada iştirak edən səhra köməkçiləri təsdiq edirlər. Əgər münaqişə tərəflərindən biri monitorinqin keçirilməsinə istənilən bir formada problem yaradarsa, bu barədə elə ilk məlumat verən həmin müşahidəçilər olacaq.
Ermənistan mütəmadi olaraq bu kimi böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları sistematik şəkildə şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür", - deyə məlumatda vurğulanır.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 996 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 973 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 962 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 961 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 958 dəfə oxunub