Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

HƏFTƏNİN SYASİ XÜLASƏSİ - Bakıya hücum ÇAĞIRIŞI, üç SSENARİ…

Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. 2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. İngiltərədə mayın 22-də terror aktı törədildi. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri İrana qarşı sərt tonda verilən bəyanatlarla yadda qaldı. ABŞ Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı üçün şərti açıqlayıb. İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Mayın 25-də Brüsseldə NATO sammiti keçirilib.

Azərbaycan, Dağlıq Qarabağ

Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan dövlət başçısı bildirib ki, Azərbaycan öz siyasətini davam etdirəcək. “Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”, - deyə Azərbaycan Prezdenti vurğulayıb.

Prezident: "Qarabağ danışıqlarında prinsipial mövqeyimizdən bir millimetr də geri çəkilən deyilik" - FOTO

"Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verilirdi. Bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".

2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. Bu həm 200 milyonluq kredit sazişi çərçivəsində, həm də cari əməkdaşlıq çərçivəsində olacaq”. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan deyib.

L.Ayvazyan eyni zamanda iddia edib ki, Ermənistan məxfi silahlara malikdir. “Biz zərbə endirən pilotsuz təyyarələri tətbiq edirik, lakin mən bunun detalları haqda danışmayacam, çünki dövlət sirridir”, - deyə bildirib. Ayvazyan iddia etdiyi “məxfi silah”ın Ermənistana kimin verdiyini açıqlamasa da, erməni mediası bu silahların Rusiyadan alındığı ehtimalını irəli çəkib. Lakin iddia edilən “məxfi silah”ın nədən ibarət olduğu məlum deyil.

Mayın 23-də Ermənistanın Müdafiə Nazirliyində ordu intizamının möhkəmləndirilməsi və döyüş növbəsinin təşkilində keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə keçirilib. Müşavirə yeni təyin olunmuş Baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə baş tutub.

Ermənistan mediası bu müşavirə ilə bağlı üç versiyanı gündəmə gətirib:

Ermənistan böyük müharibə hazırlığına başladı: Akopyan 3 hədəf üçün HƏRƏKƏTƏ KEÇDİ

Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən gün daha böyük itkilər verir.Ermənistan cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır. Erməni  jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı blokadaya salıb, iqtisadiyyat iflic olub.

Cəbhədə gərgin döyüşlər və sərxoşluq edən Sarkisyan: Ermənilər Qarabağ üçün AYAĞA QALXDI

“Dağlıq Qarabağla bağlı danışıqlar masasında “Madrid prinsipləri” var. Başqa sənəd yoxdur”. Bu barədə erməni politoloq Ara Papyan Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlar masasında əsas şərtin “Dağlıq Qarabağın müstəqilliyi” ilə bağlı olduğu haqda fikirlərini şərh edərkən deyib.

Erməni politoloq qeyd edib ki, Azərbaycanın buna razılaşacağını düşünmək ağılsızlıqdır.

A.Papyan Qarabağda yeni müharibənin başlayacağı proqnozunu verib.

“Bu, “dördgünlük müharibə” kimi olmasa da, ciddi toqquşma baş verəcək. Gərginlik sabah, yaxud bir müddət sonra ola bilər. Lakin buna hazırlığın getdiyi ortadadır”, - deyə o bildirib.

“Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ siyasəti ölkəni sonu görünməyən macəraya sürükləyir”. Bu barədə erməni jurnalist Sarqis Artsruni yazıb.

Erməni jurnalist qeyd edib ki, ümumiyyətlə Ermənistan hakimiyyəti Qarabağ məsələsində konseptual yanaşmaya malik deyil. S.Artsruni əlavə edib ki, Serj Sarkisyanın Qarabağ siyasəti ziqzaqa oxşayır.

Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma “DQR”-in “özünümüdafiə güclərinin birinci komandiri” Arkadi Karapetyan erməniləri Bakıya hücuma çağırıb. Absurd planlar gündəmə gətirən Karapetyan müharibəyə başlamağın vaxtının çatdığını deyib.

“Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin”, - deyə separatçı bildirib.

O, İrəvanın danışıqlardan çəkilməsini və hücuma keçməsini istəyir: “Əgər danışıqlar masasında otururuqsa, deməli biz zəifik”.

"Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. Bu barədə "Yell Extreme Park"ın rəhbəri Tiqran Çibuxçyan bildirib.

Onun sözlərinə görə, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkənk uçuşlar üçün şirkət 35 min dram, yəni 72,4 dollar tələb edir.

Ermənistanda qanlı kriminal müharibələr başlayır. “1in.am” saytı qeyd edir ki, İrəvanda iki nüfuzlu kriminal avtoritetə - “Aper Vstreça” ləqəbli Aram Vardanyana və bu yaxınlarda İtaliyadan gəlmiş “Don Pipo” ləqəbli Artur Asatryana sui-qəsd cəhdi olub. Adıçəkilən şəxslər sui-qəsddən canlarını qurtara biliblər. Lakin avtoritet Levika Yerordmaskoqonun qətlindən sonra bu, böyük rezonansa səbəb olan hadisədir.

Məqalədə bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyan da birbaşa cinayət aləmi ilə əlaqədədir.

“Don Pipo”ya sui-qəsd: İrəvanda kriminal müharibə başladı – Sarkisyanla avtoritetlərin ŞOK ƏLAQƏLƏRİ

“Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul etmir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”.

M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq. Sarkisyan təklif edir ki, Qarabağ ətrafındakı ərazilər qaytarılsın: “Yalnız o halda, Qarabağın statusu həll olunar. Başqa cür biz heç nə edə bilmirik”.

Sarkisyandan SENSASİYALI ETİRAF: Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq...

Donald Trampın ilk dünya turnesi

ABŞ prezidenti Donald Trampın ilk dünya turnesi Yaxın Şərqdən –Səudiyyə Ərəbistanından başladı. Tramp mayın 21-də Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika sammitində iştirak etdi. O, mayın 22-də İsrailə səfər etdi. ABŞ liderinin Ər-Riyad və Təl-Əviv səfərləri daha çox anti-İran bəyanatları ilə yadda qaldı.

Tramp Səudiyyə Ərəbistanında səfərdə olduğu zaman İranın Suriya rejiminə verdiyi dəstəyi kəskin tənqid edib, bu dəstəyi qorxunc bir cinayət adlandırıb: “İran rejimi qlobal terrorizmə liderlik edir. Bölgədə xaos yayır”.

ABŞ və İsrail İranda nüvə silahının hazırlanmasının yolverilməzliyi barədə vahid mövqedədir. Bu haqda Amerika prezidenti Donald Tramp Qüdsdə İsrail prezidenti Reuven Rivlinlə görüşü zamanı bildirib.

“İsraillə eyni fikirdəyik ki...” – Trampdan NÜVƏ XƏBƏRDARLIĞI

Trampın bəyanatlarından ruhlanan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud da İran rejimi Xomeynidən sonra terrorizmin bayrağını daşıdığını bildirdi. “İran rejimi susmağımızı zəiflik, hikmətimizi isə geri çəkilmək kimi başa düşdü. Bu gün burada əhalisinin sayı 1.5 milyarddan çox olan 55 ölkənin lideri ilə bir yerdəyik. Bu ölkələr dünyada sülh, sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün terror və radikalizmlə mübarizədə önəmli müttəfiqlərimiz oldu”, - kral bildirib.

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampın İranla bağlı fikirlərinə reaksiya verib. “Demokratiyanın və orta yolun beşiyi ABŞ tərəfindən hücumlara məruz qalır. Bu hücum xarici siyasətinmi, yoxsa Səudiyyə Ərəbistandan alınan 480 milyard dolların qaymağımı?”.

ABŞ prezidenti Donald Trampın mayın 23-də Fələstin lideri Mahmud Abbasla görüşüb.Görüş Mahmud Abbasın Vifleyem şəhərindəki iqamətgahında keçirilib. Bu Trampın vəzifəyə gəlişindən bu yana Fələstin lideri ilə üçüncü görüşü idi. ABŞ prezidenti danışıqlardan sonra bildirib ki, İsrail və Fələstin liderləri sülh sazişi üzərində işləməyə söz verdilər. ABŞ prezidenti əminliyini ifadə edib ki, İsrail və Fələstin sülh üçün razılaşa bilərlər.

Tramp dünya turnesini Vatikana səfəri, həmçinin NATO-nun Brüsseldə və G7-nin İtaliyada keçirilən sammitləri ilə davam etdirdi. Mayın 25-də NATO liderləri Brüsselə toplandılar.

NATO-nun Brüssel sammitində əsas hadisələrin məhz ABŞ prezidenti Donald Tramp ətrafında cərəyan edəcəyi gözlənilirdi. Hərbi alyansın 29-cu ölkəsi olacağı artıq dəqiqləşən Monteneqronun baş naziri Duşko Markoviçi əli ilə itələyən Donald Tramp gözləntiləri doğrultdu.

“Əl sıxma döyüşü”ndə məğlubiyyət, 29-cu üzvə göstərilən yer: Trampın BRÜSSEL SƏRGÜZƏŞTLƏRİ - VİDEO

Şimali Koreya böhranı

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.

“The Asahi Shimbun” nəşrinin məlumatına görə, ABŞ Koreya Xalq Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda, Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib.

İyulda müharibə başlaya bilər: 100 gün vaxt verilib

Koreya Xalq Demokratik Respublikasının dövlət televiziyası Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb sahilindən ballistik raketin işə salınmasının kadrlarını göstərib. Televiziyanın xəbərində xatırlanır ki, raketin malik olduğu uçuş məsafəsi onun Havay adalarına çatmasına imkan verir. Burada ABŞ-ın Sakit okean donanmasının komandanlığı yerləşir. Raketin məhvetmə radiusuna həmçinin Alyaska ştatı düşür.

Pxenyan ABŞ donanmasının qərargahını məhv edəcək: KADRLAR GÖSTƏRİLDİ - VİDEO

"Koreya Xalq Demokratik Respublikası ətrafındakı vəziyyətin həlli üçün güc ssenarilərinin tətbiqinin məhvedici nəticələrinin olacağı hamı, həmçinin ABŞ tərəfindən etiraf edilir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə bildirib.

“Güc ssenarilərinin nəticələrinin məhvedici olacağı hamı tərəfindən etiraf edilir. Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin məsələ ilə bağlı bu yaxınlarda söylədiyi fikirləri qeyd edəcəyəm. O birbaşa dedi ki, Koreya yarımadasının problemlərinin nizama salması üçün güc ssenarilərinin tətbiqi məhvedici və faciəli olacaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.

Onun sözlərinə görə, problemin siyasi həllini axtarmaq lazımdır.

Türkiyə, Suriya, İraq

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətindən bildirilib ki, dövlət başçısları ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında razılaşmaların reallaşdırılması, həmçinin böyük birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Məlumata görə, Rusiya və Türkiyə prezidentləri müntəzəm şəxsi ünsiyyətin davam etdirilməsi haqqında razılaşıblar.

Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən ibarət 10 minlik ordu qurur. Bu haqda ASO-dakı mənbələrinə istinadən Rusiyanın “Sputnik” agentliyi yazıb.

Agentlik qeyd edir ki, qurulacaq ordu YPG terror təşkilatına qarşı əməliyyatda istifadə ediləcək. Türkiyə həmçinin Cerablusdan İdlibə qədər təhlükəsizlik bölgəsi qurmaq istəyir. Həmin ordu təhlükəsizlik bölgəsində də vəzifə yetinə yetirəcək.

Ankaranın planları açıqlandı: YENİ ORDU QURULUR

ABŞ PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) 100 TIR silah çatdırıb. “Anadolu” agentliyi xəbər verir ki, silahlar iki partiya olmaqla, 15 və 20 may tarixlərində çatdırılıb.

Silahların çatdırılması ABŞ prezidenti Donald Trampın PYD-nin silahlandırılması ilə bağlı fərmanından 6 gün sonra başlanıb.

Türkiyəyə satılmayan silahlar terror təşkilatına verildi: ABŞ-dan XAİN ADDIM - VİDEO

Mayın 22-də təşkil edilən əməliyyatla öldürülən 2 İŞİD terrorçusu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına hücum etməyi planlaşdırırdılar. “İstanbulda tutulan Azərbaycan mənşəli Əbu Hüseyn Cəlilovun təqibi ilə bu 2 terrorçuya çatmaq mümkün olub”, - Ankara valisi Ercan Topaca deyib.

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib. MİT-in hesabatında Fəthullahçı Terror Təşkilatının (FETÖ) ölkəni 5 hissəyə böldüyünü göstərən xəritə diqqət çəkib.

36 səhifəlik hesabatda həmçinin terror təşkilatının ölkədaxili və xaricindəki strukturu yer alıb. FETÖ-nün ölkədaxili strukturunun da yer aldığı fotoda Türkiyənin 5 bölgəyə bölündüyü, İstanbul, İzmir, Ankara, Gaziantep ve Ərzurumun həmin bölgələrdəki cavabdeh vilayətlər olması göstərilib.

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından təmizlənməsi üçün son əməliyyat başlanıb. İraq təhlükəsizlik gücləri bu gün səhər saatlarında hücuma keçib

Filippin

“Ölkənin tənəzzülünün qarşısını almağa kömək edəcəksə, insanların qətlinə və ya ölkənin bir sıra regionlarında hərbi vəziyyətin tətbiqinə hazıram”. Bunu Rusiyaya səfəri ərəfəsində Filippin prezidenti Rodriqo Duterte Rusiya KİV-inə müsahibəsində bildirib.

Prezident vurğulayıb ki, şəxsi hakimiyyətin saxlanılmasına görə deyil, Filippin xalqı və dövlətin mühafizəsi üçün bu ölçülərə müraciət etməməyə hazırdır.

“İnsanları öldürməyə hazıram!” - Prezidentdən ŞOK BƏYANAT

İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Ordu birlikləri vertolyot və ağır texnika ilə hücuma keçib. Bölgədən minlərlə insanın qaçdığı bildirilir. Dünən girov götürülən 11 nəfərin taleyi naməlum olaraq qalır. Terrorçular hərbi vəziyyət elan edilən bölgədə bir polis şefini başını kəsərək öldürüblər.

Ölkədə 175 min polis dövlət binalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

“Maut” qruplaşması mayın 23-də - prezident Rodriqo Duterte Rusiyada səfərdə olduğu gün adada hücuma keçib.

Prezident Putindən kömək istədi: İkinci “Yaxın Şərq” yaranır? - FOTOLAR

ABŞ, ABŞ-Rusiya münasibətləri

ABŞ Konqresinin üzvü, respublikaçı senator Com Makkeynin Rusiyanın xarici işlər naziri Sergey Lavrov barəsində söylədikləri qalmaqala səbəb olub. Makkeyn "Fox News Sunday” proqramına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqədar kəskin ifadələr işlədib. Makkeyn Lavrovu "quldur və qatil” Putunin "marioentkası və təbliğatçısı” adlandırıb.

O, Rusiya XİN rəhbərinin prezident Trampla görüşünü şərh edərkən deyib ki, Lavrovun Oval kabinetdə nə işi var?

Amerikalı senatorlara Moskvadan verilən cavab isə çox sərt olub.

“Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı Minsk razılaşmalarının icrası və Ukraynanın ərazi bütövlüyünün bərpası olmadan mümkün deyil”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Romadan Brüsselə uçuş zamanı “Air Force One” təyyarəsində jurnalistlərlə söhbət zamanı deyib.

“Rusiya Ukraynadakı vəziyyətə görə G7-dən çıxarılıb. Buna görə də düşünürəm ki, Rusiya ora yenidən daxil olması üçün Ukraynadakı vəziyyətlə məşğul olmalıdır”, - ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Rusiya Krımın ilhaqına cavab olaraq 2014-cü ilin martında G8-dən kənarlaşdırılıb.

2016-cı ilin yayında Amerika xüsusi xidmət orqanları Rusiya ilə bağlı əhəmiyyətli məlumatlar toplayıblar. Bu haqda kəşfiyyat məlumatları ilə tanış olan 4 mənbə “The New York Times” nəşrinə bildiriblər. Onlardan biri istefaya çıxan keçmiş məmurdur, digərləri isə hazırda işləyirlər.

Əldə olunan kəşfiyyat məlumatlarına görə, Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşları və siyasətçiləri məsləhətçiləri vasitəsilə Donald Trampa təsir göstərmək yollarını müzakirə edirdilər. Xüsusi xidmət orqanlarının məlumatına görə, danışıqlarda xüsusi olaraq Manafort Pol (o zaman Trampın seçki qərargahının başçısı idi –red.) və gələcək prezidentin qısamüddətli milli təhlükəsizlik məsləhətçisi işləyən Maykl Flinndən söhbət gedirdi.

ABŞ kəşfiyyatı iddia edir ki, hər iki şəxs Rusiyanın rəsmi şəxsləri ilə vasitəli əlaqələrə malik idilər.

Putin Trampı necə ələ almaq istəyirdi? – ŞOK KƏŞFİYYAT SİRRİ

ABŞ yeni büdcə layihəsində xarici ölkələrə qarşılıqsız hərbi yardım proqramlarını kreditlərlə əvəz etmək istəyir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezident Administrasiyasının rəsmi nümayəndəsi Mik Malveyni söyləyib.

“Biz 100 milyon dollar əvəzinə kreditlərin verilməsi tərəfdarıyıq. Bununla bizdən kredit alan xarici ölkələr daha çox hərbi vasitələr əldə edə bilərlər”.

ABŞ-ın hərbi yardımları Misir, İordaniya və İsrailə əvvəlki qaydada saxlanılacaq. Ukrayna, Filippin, PakistanTunisLivanKolumbiya və Vyetnam kimi ölkələrə edilən yardımlar isə dayandırılacaq.

İraqda kürdlərin müstəqilliyi qaçılmazdır. Bunu Konqresdə çıxışı zamanı ABŞ Kəşfiyyat Təşkilatının rəhbəri general Vinsent Stüart söyləyib.

“İŞİD Mosulda məğlub olduqdan sonra İraq hökuməti üçün ən böyük təhdid hökumətdəki şiələrlə ölkənin qərbindəki sünnilər və kürdlər arasında fikir ayrılığını necə ortadan qaldırmaq olacaq. Hökumət üçün digər təhdid isə Kərkükdəki neft yataqlarına sahiblik məsələsidir. Hazırda əsas məsələ kürdlərin müstəqil dövlət yaratması yox, bunun nə qədər erkən olacağıdır”, – deyə o bildirib.

İraqın keçmiş baş naziri Nuri əl-Maliki İranın yardımı ilə ölkədə hərbi çevriliş hazırlayır.Keçmiş nazirin hərbi çevrilişə cəhd edəcəyini söyləyən şəxs isə ABŞ  prezidentinin müşaviri Cared Kuşner olub. O, İraqın Daxili İşlər və Müdafiə Nazirliyində çalışan 785 əsgərin vəzifədən uzaqlaşdırılmasını tələb edib.

Rəsmi Vaşinqton Bağdada çevriliş olacağı təqdirdə İranın bölgədə nüfuz dairəsini artıracağını söyləyib.

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş sözçüsü Cared Kuşner Rusiya ilə əlaqədə olması şübhəsi ilə ifadə verib. “Vaşinqton Post” qəzeti xəbər verir ki, Trampın kürəkəninin ifadəsini ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) əməkdaşları alıb.

Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak və rusiyalı bankirlə görüşlər keçirməsi onun FTB tərəfindən sorğulanmasına səbəb olub.

Məlumata görə, hazırda FTB Cared Kuşnerin Rusiya ilə bağlılığının olub-olmaması məsələsini ciddi şəkildə araşdırır.

İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsi və ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsi prosesinə düzəlişlərin daxil edildiyini açıqlayıb. “Foreign Policy” nəşrinin versiyasına görə, Təl-Əvivin bu qərarı ABŞ prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrova İŞİD haqqında tam məxfi informasiyanı verməsi ilə bağlıdır.

Moskvaya “sevgi”nin ağır nəticəsi: MOSSAD Trampdan QİSAS ALIR

Mançester terroru

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində konsert zamanı stadionda partlayış törədildi. Partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Kamikadze tərəfindən törədilən partlayışa görə İŞİD terror təşkilatının döyüşçüləri məsuliyyəti öz üzərinə götürüblər. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumu idi.

23 yaşlı İŞİD terrorçusu Salam Abedi terror aktını törətməkdə şübhəli bilinir.

Böyük Britaniyanın daxili işlər naziri Amber Radd da jurnalistlərinə açıqlamasında Salman Abedinin yaxın vaxtlarda Liviyada olduğunu bildirib. O həmçinin təsdiq edib ki, Abedi Britaniya xüsusi xidmət orqanlarına məlum idi.

Salman Abedi hücuma təxminən bir il müddətində hazırlaşıb. Bu haqda “Times” qəzeti bildirib.

Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR

Mançester teraktına bənzər hadisələr arta bilər. Bunu Senatda çıxışı zamanı ABŞ Milli Təhlükəsizlik naziri Con Kelli söyləyib. O, bu teraktı dəhşət adlandırıb. Kelli teraktların xüsusilə, Avropada artma ehtimalının olduğunu bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...