Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbçilərin ölümünə görə komandir və müavini işdən qovuldu

Azərbaycanin işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb.

Mynews.az  modern.az-a istinadən xəbər verir ki, hadisəyə görə hərbi hissə komandiri və onun müavini vəzifələrindən azad edilib.

Bu haqda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan məlumat verib.

Xatırladaq ki, mayın 7-də keçmiş Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında "Vilis" markalı avtomobilin gölə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Ruben Barseqyan, 1997-ci təvəllüdlü Rafael Bişaryan və 1998-ci il təvəllüdlü Ruben Mnasakanyan boğulub ölüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...