Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Birinci vitse-spiker: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır

“ABŞ prezidenti Donald Trampın məktublarından görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır”.

Mynews.az-ın  APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

O bildirib ki, Azərbaycanın ABŞ-la münasibətləri hər zaman yaxşı olub: “ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda, 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti və xalqını təbrik etdi. Neft və Qaz sərgisində oxunan məktubdan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Biz, əlbəttə, çox istərdik ki, bu belə olsun və davam etsin.

Şəxsən onun məktubları və bəyanatı mənim çox xoşuma gəldi. Hər halda hamı, böyük və kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kiminsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil və artıq nəticə vermir. Bunu Donald Tramp özü də görür.

Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O, Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ-la  münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki, bu səmimiyyət olacaq”.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...