İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar - ADLAR - FOTOLAR
İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara da rast gəlmək olar. Lent.az xəbər verir ki, terrorçulara qoşulan azərbaycanlı qadınların əksəriyyəti Rusiya vətəndaşıdır və Dağıstan Respublikasından qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə gediblər.
Rusiyanın qanunsuz silahlı birləşmələrə qoşulduğu üçün beynəlxalq axtarışa verdiyi və ölkəyə daxil olmasına qadağa qoyduğu bəzi azərbaycanlı qadınların adlarını və fotolarını təqdim edirik:
Seyidfatimə Mustafayeva – 13 yanvar 1997-ci ildə Dərbənddə anadan olub.
Sabrina Həbibova – 15 iyul 1996-cı ildə Dağıstanın Xuçni kəndində anadan olub.
Zamirə İsmayılova – 21 avqust 1980-ci ildə Dağıstanın Ərsi kəndində anadan olub.
Aydan Qəribova – 1 oktyabr 1989-cu ildə Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində anadan olub. Həm Rusiya, həm də Gürcüstan vətəndaşıdır.
Aygül Məmmədova – 19 yanvar 1995-ci ildə Vladimir şəhərində anadan olub.
Bildirilir ki, adları qeyd edilən qadınların hamısı Azərbaycan dilində danışır. Onların barəsindəki bütün məlumatlar adlarına açılmış anketlərdə cəmləşdirilib.
Qeyd edək ki, Rusiyanın qanunsuz silahlı birləşmələrə üzv olduğu üçün axtarışa verdiyi qadınların siyahısına nəzər salanda məlum olur ki, onların əksəriyyəti Dağıstan və Çeçenistandandır.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1121 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1108 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1108 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1104 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1000 dəfə oxunub