Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Nuri Paşa haqqında səy-səy danışıb…” - Ən gözəl cavab Adil Əliyevdən

“Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuri Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim”.

Mynews.az Turkustan.info-ya istinadən xəbər verir ki, bu sözlər millət vəkili Adil Əliyevə məxsusdur.

Qeyd edək ki, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusu və onun komandanı Nuri Paşa haqqında söylədiyi yaramaz fikirləri cəmiyyətin ən müxtəlif təbəqələrinin təpkisinə səbəb olub.

Millət vəkili Adil Əliyev isə fkirlərini bu cür ifadə edib:
“Qəhrəman Nuri Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbinə dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...