Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər mənə təzyiq edir - Ukraynalı deputat

Ukrayna xalq deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin rəhbəri Vladimir Aryev Dağlıq Qarabağ probleminə dair mövqeyinə görə AŞPA-dakı Ermənistan nümayəndə heyətinin ona təzyiq göstərməsini şərh edib.

Mynews.az-ın verdiyi  məlumata görə V.Aryev Report-a açıqlamasında ona göstərilən təzyiqlərin AŞPA standartları çərçivəsini aşdığını bildirib.

"Onların mənə qarşı təzyiq etməyə cəhdini görüncə sərt şəkildə cavablarını verdim. Sonradan Ermənistan tərəfi bizim AŞPA-dakı səfirimiz vasitəsilə mənə "xoş sözlər polemikasını" dayandırmağı təklif etdi, razılaşdım. Münaqişəni bitirmək lazımdır. Nümayəndə heyətinin məruzəçinin çıxışı ilə razı olmadığı vəziyyətdə belə, məruzəçiyə şəxsi təzyiq göstərilməsi yolverilməzdir. Artıq məsələ qapanıb. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti bu cür davranışların AŞPA-ya yaraşmadığını anlayıb", - V.Aryev vurğulayıb.

Ermənilərin onun əcdadlarının azərbaycanlı olması haqqında məlumatdan istifadə edərək təzyiq göstərməsinə münasibət bildirən AŞPA-nın Komitə rəhbəri bunu etnik zəmində təqib saydığını dilə gətirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...