Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan Müdafiə Nazirliyinin avtomobili qəzaya düşüb

Ermənistan Müdafiə Nazirliyinin avtomobili qəzaya uğrayıb.

Mynews.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İrəvanın Baqratunyats küçəsində baş verib.

Müdafiə Nazirliyinə məxsus “VAZ 2121” markalı xidməti avtomobil “VAZ 2110” markalı digər avtomobillə toqquşub.

Nəticədə xidməti avtomobil çevrilib, içərisində olan bir nəfər xəsarət alıb. Onun xəstəxanaya çatdırıldığı bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...