Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı BƏYANAT yaydı

Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir. 

Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.
Görülən qətiyyətli cavab  tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı  qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...