Azərbaycanlılar üçün darıxan ermənilərdən - İNANILMAZ SÖZLƏR
Rusiyanın "Şimal həqiqəti" (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb.
Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.
A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni yoxsulluqdan şikayətlənir.
"Biz yoxsul yaşayırıq, iş yoxdur, əhalinin çoxu çörək dalınca Rusiyaya gedir. Bütün günah Dağlıq Qarabağ münaqişəsindədir. Bu münaqişəyə çoxlu pul gedir və bizim uşaqlarımız müharibədə məhv olurlar. Mən SSRİ vaxtı hərbi xidməti Azərbaycanda keçmişəm. Onlar çox qonaqpərvər və sevimlidirlər. Bizə daim süfrələrini açıblar. Bizim keçmişdə çox yaxşı münasibətlərimiz var idi. Kim bilərdi ki, belə olacaq", - deyə o, Qarabağın işğalından sonra başlanan hərbi qarşıdurmadan təəssüflənir.
Müəllif Ermənistanda əhalinin acınacaqlı vəziyyətdə yaşadığını yazır.
Onun sözlərinə görə, İrəvanın bəzi küçələri müasir və rəngarəng görünür, lakin şəhər ətrafına, eləcə də respublikanın digər bölgələrinə getdikcə boz və yoxsul həyat qarşımıza çıxır: "Sevan (Göyçə) gölünə baş çəkəndən sonra sürücü məni kiçik bir şəhərciyə gətirdi. Yol boyu cır-cındır geyimli insanlar, xəfif küləyin təsirindən uçacaq qədər tör-töküntü olan daxmalar, acınacaqlı həyat qarşımıza çıxdı. Xalq şikayət edir və keçmişi xatırlayırlar. Onlar SSRİ-də yaşadıqları gözəl günlərə qayıtmaq istəyirlər və qəti şəkildə müharibənin əleyhinədirlər".
A.Morozov qeyd edir ki, Ermənistanda kişilər ailələrini saxlamaq üçün hər cür işə əl atırlar.
"Taksi sürücüsü, ayaqqabı təmizləmək, pinəçi və s. Ailədə yaşamaq üçün qadınlar da işləməyə məcburdur. Burada kazinolar, restoranlar, klublar da var. Lakin oraya yalnız varlılar gedir, onların da sayı çox azdır. Hər kəs varlıları adı ilə tanıyır", - deyə o vurğulayıb.
publika.az
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 991 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 967 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 956 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 955 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 952 dəfə oxunub