Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycandan getmiş ermənidən ŞOK QARABAĞ ÇAĞIRIŞI - “Əraziləri əlimizdə saxladıqca...”

SSRİ zamanı Azərbaycanda yaşamış, hazırda Ermənistanda vətəndaş cəmiyyətinin üzvü kimi fəaliyyət göstərən Mariam Avakyan 6 erməni hərbçisinin ölümünə görə məsuliyyətin İrəvan hakimiyyətinin üzərinə düşdüyünü açıqlayıb.

Mynews.az  xəbər verir ki, M.Avakyan Ermənistan hakimiyyətini heç nə etməməkdə, Azərbaycanın ərazilərini mənasız yerə əldə saxlamaqda ittiham edib.

“Əsgərlərin ölümünü erməni siyasətçilərinin vicdanına buraxıram və qeyd edirəm ki, əraziləri əlimizdə saxladıqca, bu davam edəcək. Çünki ərazilər bizdə olsa da, Ermənistan rəhbərliyi heç nəyə təşəbbüs etmir, Azərbaycan isə əraziləri qaytarmaqda israrlıdır”, - deyə o bildirib.

M.Avakyan münaqişənin həlli üçün formatın tapılmasının vacib olduğunu dilə gətirib: “Elə format tapmalıyıq ki, bu, ermənilərə sülh gətirsin”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...