Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiqlənib
Azərbaycan prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Mynews.az xəbər verir ki, Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklər aşağıdakı kimidir:
15.1.3-1-ci maddə əlavə edilib: “Tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktlar”.
51-ci maddədə “fəsildə” sözü “Məcəllənin 15.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında” sözləri ilə əvəz edilib, 52.1-ci maddə isə ləğv olunub.
52.3-cü maddədə “sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydaları, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri “sertifikatları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir” sözləri ilə əvəz edilib.
60.1-ci maddə aşağıdakı redaksiyada verilib: “Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 923 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 905 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 596 dəfə oxunub