Zakir Həsənov: Ordumuz əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Mynews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslara ünvanlanmış məktubda 26 iyun - Silahlı Qüvvələr Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulanır: "İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən yüksək əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük dəyərin bariz nümunəsidir.
Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd edir. Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir".
Məktubda bildirilir ki, istənilən iqlim şəraitində keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir: "Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də, hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır. Ordumuz əvvəllər olduğu kimi, 2016-cı ilin aprel ayında da düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.
Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram. Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1126 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1114 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1114 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1111 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1003 dəfə oxunub