Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Mynews.az-ın Report-a istinadən xəbərinə görə, iclasın gündəliyinə 16 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuşda, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda) müzakirəyə çıxarılacaq.

Bundan başqa, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və  b. qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...