Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan prezidenti türkmənistanlı həmkarının yubileyini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidentiQurbanqulu Berdimuhammedova 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Mynews.az “turkmenistan.gov.tm” saytına istinadən  xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev məktubunda Azərbaycan və Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığını bildirib: “İnanıram ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın iradəsi ilə iki ölkə arasında dialoq daha da inkişaf edəcək və bizim birgə səyimiz nəticəsində möhkəmlənəcək. Sizə möhkəm can sağlığı və səadət, qardaş Türkmənistan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...