Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər çox ağır bədəl ödəməli olacaqlar... - POLKOVNİKDƏN AÇIQLAMA

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

“Ermənilər buna görə çox ağır bədəl ödəməli olacaqlar”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib:

“İyulun 11 Avstriyanın Mauerbax şəhərində Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşü gözlənilir. O görüşə ATƏT-in üç həmsədri qatılacaq. Xeyli vaxt idi ki, ermənilər ATƏT –in xahişini yerinə yerirə bilmədikləri üçün onların qarşısında borclu idilər. Xarici işlər nazirlərini bir araya gətirsələr də, ölkə prezidentlərini bir araya gətirməkdə çətinlik çəkirlər.  

Bu, erməni şərəfsizliyidir...

Dünən Azərbaycan işğaldan azad edilmiş Cocuq Mərcanlıya vətəndaşlarını köçürmə prosesini həyata keçirməli idi. Ermənilər Azərbaycan mülki vətəndaşlarında qorxu, xof yaratmaq üçün dünən Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutdular. Bu, erməni şərəfsizliyi, vicdansızlığıdır. Çünki mərmi düşən ərazi ön xətdən xeyli aralıdır.

Heç vaxt uşaq və qadınları silah qabağına verməmişik

Ermənilər özlərini məzsuliyyətdən yayaındırmaq üçün qondarma video yayırlar. O videonu ona görə yayırlar ki, onlar guya bizim atəş nöqtəmizi susdurmaq üçün bu cür cavab veriblər. Ermənilərdən fərqli olaraq Azərbaycanda kifayət qədər kişi var. Həmçinin mövqelərimizdə gənc əsgərlərimizlə yanaşı təcrübəli zabitlərimiz də durur. Biz heç vaxt uşaq və qadınları silah qabağına verməmişik. Ermənilər də dünən 60 və 120 millimetrlik silahlardan atəş açaraq bizim mövqelərimizə xətər yetirmək əvəzinə mülki vətəndaşlarımızı ağır artileriyadan atəşə tutublar. Düşünürəm, Müdafiə Nazirliyi həmin günahsız insanların qanını yerdə qoymamaq üçün düşməni layiqli şəkildə cəzalandıracaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...