Prezidentdən iki yaşlı Zəhranın ölümü ilə bağlı - ÇAĞIRIŞ
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
Mynews.az-ın xəbərinə görə, müvafiq paylaşım dövlət başçısının rəsmi Facebook səhifəsində yerləşdirilib.
“Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”, - deyə prezidenti yazıb.
Müraciət Azərbaycan, rus və ingilis dillərində dərc olunub.
Xatırladaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib”.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 947 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 919 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 911 dəfə oxunub