Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Belarus prezidentindən Dağlıq Qarabağla bağlı çağırış - VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkələrini Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyə çağırıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu o, ötən gün Minskdə ATƏT-in Parlament Assambleyasının 25-ci illik sessiyasının təntənəli açılış mərasiminə həsr olunmuş plenar iclası zamanı bildirib.

“Avropa bu gün dövlətlərin zamanında həll etməli olduğu problemlərin episentrindədir. Bir tərəfdən bu problemlərin Avropa qitəsinə aidiyyəti yoxdur, lakin məhz Avropa bu çətinliklərin kəsişməsinə düşüb”, - deyə o bildirib.

Belarus prezidenti nümunə olaraq Yaxın Şərqdə terrorçuluq, qanunsuz miqrasiya və digər problemləri yaradan hərbi münaqişələri xatırladıb:

“Məqamın tarixiliyi ondan ibarətdir ki, biz fəaliyyətsizliyin nəyə gətirib çıxardığını hiss etdilər. Avropadakı, o cümlədən Dağlıq Qarabağ və Dnestryanıdakı problemlər həll olunmamış qaldı və nəticədə qitənin mərkəzində – Ukraynada münaqişə yarandı.

Ona görə, məqamın tarixiliyi ondan ibarətdir ki, biz bu problemlərə ciddi şəkildə diqqət yetirməliyik. Və ən əsası, hörmətli deputatlar, bizim bu problemlərin prioritetliyini ardıcıllıqla sıralamağımız çox vacibdir. Nəhayət artıq təxirə salınması mümkün olmayan və sadəcə fəryad edən problemlərə ciddi şəkildə diqqət yetirməyin vaxtı çatıb”, - deyə Belarus prezidenti bildirib.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...