Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev ABŞ dövlət katibinə Ermənistanın son təxribatı barədə məlumat verib

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibiReks Tillersonla görüşü olub.

Mynews.az-ın məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...