İrəvana sərt mesaj - "Müharibəyə hazırıq"
Azərbaycan yeni silah-sursat və döyüş texnikaların alınmasını davam etdirir. Ermənistan tərəfi bundan narahatdır. Çünki Ermənistan və onun havadarları Azərbaycana hərbi yoldan başqa seçim qoymurlar.
Bunu Azvision.az-a ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, güc vasitəsilə torpaqların işğaldan azad edilməsi gündəmdədir: "Erməni işğalçıları tərəfindən 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsinə bütün dünya münasibət bildirdi. Bu hal onu göstərir ki, Ermənistandan sülh gözləmək mümkün deyil. Ermənistan hələ də dinc sakinlərə atəş açır. Aprel hadisələri də dinc sakinlərin atəşə məruz qalmasından sonra baş vermişdi. Nəticədə ordumuz əks həmlə edərək bir neçə strateji yüksəkliyi işğaldan azad etdi və düşmənə ağır zərbələr vuruldu"
Ş.Ramaldanovun fikrincə, Ermənistan təxribata əl atmaqla danışıqlar prosesini pozmağa çalışır: "Düşmən zamanı uzatmağa çalışır. Onlar anlamalıdırlar ki, bu hərəkətlərin sonu görünmür".
Polkovnik qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə və düşmən qüvvələrini darmadağın etməyə hazırdır: "Ordumuz ən müasir silahlarla silahlanır. Bu, bütün dünyaya və Ermənistana bir ismarıcdır ki, Azərbaycan güc yolu ilə Qarabağ məsələsi istənilən an həll edə bilər. Buna heç kimin şübhəsi olmasın".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 923 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 905 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 596 dəfə oxunub