Azərbaycan prezidenti Riqada - FOTOLAR

Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Mynews.az-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Azərbaycan prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra hədiyyələr təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Siyasət
- Qarabağın yeni görüntüləri yayıldı - VİDEO
- Azərbaycanın Müdafiə Nazirliyi sərt açıqlama yaydı
- Prezidentin sərəncamları hansı iqtisadi dəyişikliklərə səbəb olacaq? - Ekspert rəyləri - FOTOLAR
- Yeni nazirlər hansı tanınmışların övladıdır?
- Erməni əsirliyində olan prokurorun oğlu nazir oldu - Rövşən Rzayevin dosyesi
- İlham Əliyev baş nazir təyinatı ilə bağlı sərəncam verdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 400 minlik toy edən ailədə dava düşüb - Məhkəmə 1267 dəfə oxunub
- Azərbaycanın Daxili İşlər Nazirliyi az əvvəl açıqladı - 3 ölü, 10 yaralı... 1241 dəfə oxunub
- Həbsdən çıxan İlham Mirzəyev görün indi nə işlə məşğuldur - FOTOLAR 1105 dəfə oxunub
- Hacıya göndərmək istədiyi çılpaq VİDEOsu internetdə yayıldı - VİDEO 1079 dəfə oxunub
- Prezident andiçmədən sonra ilk ora getdi 1070 dəfə oxunub