Prezident köməkçisi Bakı-Moskva əməkdaşlığından danışdı
“Azərbaycan öz xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Bakının planına Moskva ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir”.
Mynews.az-ın Reporta-a istinadən məlumatına görə, bu barədə RİA “Novosti”yə müsahibəsində Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov bildirib.
“Azərbaycan öz xarici siyasətində, Rusiya da daxil olmaqla, öz strateji tərəfdaşlarının maraqlarını nəzərə alır. Rusiya ilə əlaqəmiz yüzilliklərlə davam edir. Bu ölkə ilə yüksək əməkdaşlığımız var. Planlarımıza Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir”, - N.Məmmədov bildirib.
O həmçinin qeyd edib ki, Rusiyanın Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması və Rusiya Xarici İşlər Nazirliyinin Bakı barəsində bir sıra sərt bəyanatları Azərbaycan paytaxtında anlaşılmazlıqla qarşılanıb.
Xatırladaq ki, Rusiya Ali Məhkəməsi bu ilin may ayında Rusiya Ədliyyə Nazirliyinin təkidi ilə Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv edib. Ədliyyə Nazirliyinin iddia ərizəsində göstərilir ki, təşkilatın yoxlanılması zamanı bir sıra ciddi pozuntular aşkar olunub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1013 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 971 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 960 dəfə oxunub