Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri əməkdaşlığı möhkəmləndirir - BƏYANAT
Bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşünün yekunda “Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat” qəbul edilib.
Mynews.az APA-ya istinadla xəbər verir ki, bununla yanaşı, görüş çərçivəsində “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş” imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkci imzalayıblar.
Qeyd edək ki, tədbir çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə A. Əliyev və B. Tüfənkci ilə yanaşı, Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili də iştirak edib.
A. Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu gələcəyə hesablanmış layihədir. “Bu layihə iştirakçı ölkələrin tranzit imkanlarının və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsində, bazar prinsiplərinin dərinləşməsində xüsusi rol oynayacaq. Bu layihənin reallaşmasında gömrük xidməti orqanlarının üzərinə böyük məsuliyyət düşəcək”.
D. Kumsişvili isə bildirib ki, layihənin reallaşmasından istənilən nəticəni əldə etmək üçün hər üç ölkənin gömrük xidməti rəhbərləri əməkdaşlığı dərinləşdirməli və səylərini əsirgəməməlidirlər.
Baş nazirin müavini layihəni dəstəklədikləri üçün Azərbaycan prezidenti İlham Əliyevə, onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana, həmçinin bu ölkənin baş naziri Binəli Yıldırıma təşəkkür edib.
“Məqsədimiz hər üç ölkə arasında ticarət dövriyyəsinin artırılmasıdır. Bu layihə məqsədimizə çatmaqda yardımçı olacaq. İnanıram ki, Bakı-Tbilisi-Qars işə düşdükdən sonra Qazaxıstan da bu layihəyə qoşulacaq və Orta Asiya ilə iqtisadi əlaqələrimiz və ticarət dövriyyəmiz artacaq”.
B. Tüfənkci isə bildirib ki, Bakı-Tbilisi-Qars layihəsində işlərin 85%-i tamamlanıb: “Müəyyən çətinliklər səbəbindən layihəni vaxtında tamamlaya bilmədik. Ancaq inanırıq ki, bu ilin iyul ayınadək layihə istismara veriləcək”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1013 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 971 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 960 dəfə oxunub