Azərbaycanlı məşhurun barda döydüyü sevgilisi BU GÖZƏL İMİŞ... - FOTO
Bir neçə gündür mediada boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klublarından birində bir xanımı döyməsi barədə məlumatlar yayılıb. İdmançının özü də xəbəri təsdiqləyib və bildirib ki, xanımla mübahisəsi olub, lakin onu döyməyib. Bəs əslində, nə baş verib?
Bununla bağlı virtualaz.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib: "Təəssüf ki, belə bir fakt qeydə alınıb. Belə ki, Z.Orucova soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da saat 4.00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib".
Mənbə əlavə edib ki, vətəndaşın rəsmi müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılaraq icraata verilib. Əlavə olunur ki, hazırda zəruri istintaq tədbirləri aparılır.
O ki qaldı Elvin Məmişzadənin həbs edilib-edilməməsinə dair məsələyə, Mətbuat Xidmətindən verilən məlumata görə, bu, işin hallarından asılıdır. Yəni istintaqın gedişində zərurət yaranacağı halda bu məsələ üzrə də qanuni qərar qəbul ediləcək.
Elvinin onu döydüyünü iddia edən Züleyxa Orucovanın fotosu yeniçağ.az-a məxsusdur.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 966 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 925 dəfə oxunub