Erməni təxribatının qarşısı alındı: - düşmənin atəş nöqtələri susduruldu
“Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır".
Bu barədə Mynews.az-a Müdafiə Nazirliyindən son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə cavab olaraq bildirilib.
“Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.
Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub.
Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır”, - deyə MN-dən qeyd olunub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 913 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 597 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 588 dəfə oxunub