Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan və Gürcüstan növbəti danışıqlara başlayacaq

Azərbaycan və Gürcüstanın dövlət sərhədinin delimitasiya məsələləri ilə bağlı növbəti məsləhətləşmələr payızda Tbilisidə keçiriləcək.

Mynews.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Məsləhətləşmələr zamanı dövlət sərhədinin çəkilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi, razılaşdırılmamış məntəqələr üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə danışıqları bu il bitirmək niyyətindədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...