"Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu"
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Soçidə görüşü, zənnimcə, son vaxtlar ikitərəfli münasibətlərdə müşahidə edilən bəzi gərginlik baxımından tam vaxtında və aktual oldu. Mən azərbaycanlıların Rusiyada ən böyük diaspor təşkilatının - Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ətrafında Rusiyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azərbaycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir araya sığışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tuturam.
Mynews.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, əlbəttə, bütün bu neqativ informasiyalar əsası hələ XXI əsrin əvvəlində ulu öndər Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş dövlətlərarası münasibətlərimizin möhkəm təməlini sarsıda bilməz. Lakin biz başa düşürük ki, Rusiyada, o cümlədən hökumət dəhlizlərində qəsdən çaşqınlıq yaratmaq və regionun ən qüdrətli dövləti ilə əlaqələrimizin gələcək davamlı inkişafına mane olmaq istəyən qüvvələr heç də az deyil. Buna görə də dövlət başçıları arasında şəxsi münasibətlər dünyanın müasir siyasi sistemində ən mühüm amildir. İndiki vəziyyətdə də bu, məhz belədir.
"Tanınmış tarixçi və politoloq, Milli Məclisin deputatı Musa Qasımlı düzgün müşahidə edib ki, bu görüş Rusiyanın dövlət və ictimai strukturlarında, xüsusilə kütləvi informasiya vasitələrində özünə yer etmiş erməni lobbisi nümayəndələrinə özünəməxsus cavabdır. Rusiya Federasiyasının siyasətçiləri və ictimai xadimləri, nəhayət, aydın şəkildə dərk etməlidirlər ki, onların ölkəsinin əsl dostu kimdir və kim görüntü yaradır", - deyə Elmira Axundova qeyd edib.
Rusiya-Azərbaycan münasibətlərinə toxunan Elmira Axundova vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın mühüm rolu ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözləntiləri nəzərə alınmasa, Azərbaycan və Rusiya arasında, prinsipcə, xüsusi problemlər yoxdur. Əlbəttə, biz istərdik ki, Rusiya bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərsin. Ondan çox şey asılıdır.
Qafqazda sülh hamıya - Azərbaycana da, Rusiyaya da, sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanın özünə də lazımdır. Dövlətimizin başçısının Türkiyə Prezidenti və ABŞ dövlət katibi ilə danışıqları kimi, iki prezidentin görüşü də Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə və ədalətli həllinə xalqımızın ümidlərini artırıb".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 997 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub