Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya hərbçiləri Azərbaycanın neft kəmərinin bir hissəsini tutdu - FOTO

Rusiya hərbçilərinin ötən həftə Cənubi Osetiyadan "sərhədlərin delimitasiyası” adı altında irəliləyərək Azərbaycanın ixrac neft kəməri Bakı-Supsanın bir hissəsini nəzarət altına alması Tiflisdə panika yaradıb. Lakin Bakıda bu məsələ ilə bağlı təmkinli davranırlar və narahat deyillər.

Mynews.az-ın virtualaz.org-a istindən verdiyi məlumata görə, bu haqda "Pravda.ru”nun məqaləsində deyilir. SOCAR-dakı informasiyalı mənbə bildirib ki, "Azərbaycan rəhbərliyi Bakı-Supsa neft kəməri ilə neftin nəqlinə təhdid görmür”. "BP-Azərbaycan” şirkətinin mətbuat xidmətindən isə deyiblər ki, Bakı-Supsa kəməri adi rejimdə işləyir və kəmərlə neftin nəqlinə hər hansı təhlükə yoxdur.

Rusiya hərbçilərinin "sərhəd dirəklərini” təxminən 700 metrə yaxın Gürcüstanın içərilərinə çəkməsi nəticəsində kəmərin 1.5 kilometrlik hissəsi separatçı Cənubi Osetiyanın nəzarətində qalıb. Ekspertlər separatçıların bu kəmərdən tranzit haqqı tələb etməsinin mümkün olmadığını deyirlər, çünki Cənubi Osetiya formal olaraq Rusiyanın tərkib hissəsi deyil və beynəlxalq hüququn subyekti kimi tanınmayıb.

Gürcüstan hökuməti isə bildirir ki, yaranmış vəziyyətlə bağlı beynəlxalq tərəfdaşları ilə məsləhətləşmələr aparır və əgər Bakı-Supsa kəməri ilə neft nəqlinə təhlükə yaransa alternativ variantlara əl atılacaq. Yaxud kəmərin Cənubi Osetiyanın nəzarətində qalan hissəsi kəsiləcək və başqa istiqamətdən birləşdiriləcək.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...