Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Beynəlxalq Ordu Oyunları-2017” başlayıb

Bu gün, iyulun 29-da, Moskva ətrafında “Patriot” parkı və “Albino” poliqonunda “Beynəlxalq Ordu Oyunları-2017” başlayıb.

Mynews.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yarışlar iyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçiriləcək.

Azərbaycan hərbçilərinin Rusiya və Qazaxıstan ərazilərindəki poliqonlarda keçiriləcək “Tank biatlonu”, “Artilleriya atəşi ustası”, “Snayper həddi” və “Səhra mətbəxi” növləri üzrə müsabiqələrində iştirakı nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycan, Rusiya və Qazaxıstanın hərbi dənizçilərinin iştirakı ilə Bakı şəhərində “Dəniz kuboku” müsabiqəsi də keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...