Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın baş naziri ordumuzun burnunun dibinə kimi gəldi - Talışda onu vuracağıqmı?

Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. O, yay tətilini Qarabağda keçirməyə qərar verib.

Qarabağdakı separatçı rejimin “baş naziri” Araik Arutyunyan K.Karapetyanla Kəlbəcər rayonu hüdudlarında yaradılmış Şaumyan rayonunda görüşüb.

Ermənistan baş naziri hazırda Talış kəndindədir. Bu kənd də Tərtərin  Tapqaraqoyunlu kəndinə yaxındır.

Azərbaycan ordusu baş naziri vura bilərmi?

Azərbaycan Silahlı qüvvələrinin ehtiyatda olan polkovniki  Şair Ramaldanov A24.Az-a açıqlamasında bildirdi ki, Azərbaycan ordusunun əsas vəzifəsi şəxsi zəmində və ya dövlət qurumunda rəhbərlik edən insanı  vurmaq deyil.

Картинки по запросу ramaldanov

“Azərbaycan ordusunun əsas vəzifəsi hal-hazırda tutduğu mövqeləri  müdafiə etmək, yaşayış  məntəqələrinin təhlükəsizliyini  təmin etmək və düşmənin hər hansı təxribatının qarşısını almaqdan ibarətdir. Azərbaycan ordusu atəşkəs rejimindədir və atəşkəsə riayət edir. Azərbaycan ordusu tərəfindən  atəşkəs ancaq qarşı tərəf atəşkəsi pozarsa,  ona adekvat cavab olaraq atəş mövqelərini  susdurmaq və ya təmas xəttində  təxribatın, keçiriləcək əməliyyatın,  texnikanın yerləşdirilməsi ilə bağlı məsələlər varsa pozula bilər”.

Hərbi ekspert bildirdi ki,  bu yaxınlarda Ermənistan təmas xəttinə AS hərbi texnikası yerləşdirdi və Azərbaycan ordusu tərəfindən silahla vuruldu və  yaxud  təmas xəttində bəzi  aktivlik müşahidə edilmişdi,  Komanda məntəqəsində  silahlı qüvvələr tərəfindən  qarşısı alındı. “Hansısa dövlət məmuru orda  istirahət edəcək və ya bərpa işləri aparacaq onu vurmaq ordunun işinə aid deyil.   Azərbaycan ordusunun hədəfi işğal olunmuş Qarabağdır. Üzbəüz  döyüş hazırlığını yüksəltməkdir. Ordu tarixi əmri gözləyir. Əsas vəzifə tarixi sərhədləri bərpa etmək və ya torpaqları işğaldan azad etməkdir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...