Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb

Azərbaycan və Boliviya diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

Mynews.az xəbər verir ki, sazişi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya XİN başçısı Fernando Uanakuni Mamani imzalayıblar.

İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...