Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni əsgərləri intihar etdi - SƏBƏB: Azərbaycan qorxusu

Ermənistan ordusunda qətl və intiharların sayı artmaqda davam edir.

Ötən gün Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan A.Sloyan əmisinin evində özünü asaraq intihar edib. Eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. İşğalçı ölkənin ordusundakı qətl və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər.

Ermənistanda baş verən hadisələrlə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir ki, Qarabağ məsələsi ilə bağlı müharibə qoxusu gələndə Ermənistan əhalisi narahat olur:

“Bu gərginlik erməni əsgərlərinə psixoloji təsir göstərir. Biri var gənclər öz dövlətinin sərhədlərini qorusun, biri də var başqa dövlətin işğal olunmuş ərizisini. Bu insanlar psixoloji təziq altındadırlar. Ermənistan hərbiçiləri arasında nizamnamələrdən kənar münasibətlər var. Çox və az hərbi xidmət müddəti keçənlər arasında. Həm təziq, həm ordudakı bu şərait, həm də Azərbaycan ordusu ilə gecə-gündüz üz-üzə xidmət etmək, bunların hamısı kompleks şəklində sözügedən nəticələrə gətirib çıxarır”.

Polkovnik Ermənistan ordusundakı intiharların səbələrinə də toxundu:

“Səbəbin birincisi, o əsgərlərin işğal olunmuş Azərbaycan ərazisində xidmət etmək istəməməsidir. İkinci səbəb xidmət zamanı təziq altında qalmalarıdır. Üçüncüsü isə hərbçilər arasında olan münasibətin doğru qurulmamısıdır. Ümumiyyətlə, Ermənistanın özündə əhalinin sosial vəziyyətinin aşağı səviyyədə olması, insanların gərgin mühitdə yaşamaları da sonradan hərbi xidmətə gedən əsgərlər arasında intihar hallarına gətirib çıxarır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...