Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazim İbrahimov: ÜAK-ın ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb

"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb".

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. 

N. İbrahimov deyib ki, sentyabrda Rusiyada bununla bağlı məhkəmənin müvafiq qərarını gözləmək lazımdır: "Bu istiqamətdə müvafiq iş aparılır. Qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən mənfi qarşılanan bir haldır.

Biz düşünürük ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür. Hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər. İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, biz fikrimizi bildirəcəyik".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...