Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mehman Əliyevə qarşı əlavə ittiham irəli sürülüb

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, vəkil Fuad Ağayev bildirib ki, M.Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M.Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...