Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...