Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev yüksək rütbəli hərbçilərlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:   Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:   Salmanov Səxavət İbrahim oğlu – general-mayor   Əsgərli Yunis Sabir oğlu – polkovnik   Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik   Tağıyev Eldar İsgəndər oğlu – polkovnik   Ədilov Rövşən Həsən oğlu – polkovnik-leytenant   Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant   Məmmədov Kənan Eldar oğlu – polkovnik-leytenant   Rüstəmov Xanlar Kamran oğlu – polkovnik-leytenant   Heybətov Nizami Mikayıl oğlu – mayor   Məmmədov Fərman Sabir oğlu – mayor   Heydərov Lətif Hüseyn oğlu – kapitan
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...