Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON XƏBƏR - Partlayışda yaralanan hərbçilərdən 5-i evə buraxıldı (YENİLƏNDİ)

Xəbər verildiyi kimi, avqustun 27-də səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.

Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı Publika.az-a verilən əlavə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçulardan 5-i ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, əhalinin müvəqqəti olaraq təhlükəsiz yerlərdə yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatlarının təmin edilməsi üçün tədbirlər davam etdirilir.

***

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

Mynews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat yayıb..

Onun sözlərinə görə, onların hamısında qəlpə yaraları olub.

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb. Yaralıların adları da açıqlanıb:

Aşağıda adları qeyd edilən yaralılar cərrahiyə şöbəsinə yerləşdiriliblər:

Hüseynov Kamran Rasim oğlu -1995-ci il təvəllüd

Abbasov Nəsimi Bibiqulu ooğlu - 1976-cı il təvəllüd

Ağarzayev Məhəmməd Ağarza - 1978-ci il təvəllüd

Cəbrayılov Vidadi Talıb oğlu - 1967-ci il təvəllüd

Məmmədyarov Samir Fazil - 1990-cı il təvəllüd

Dəmirov Əlverdi Alış oğlu - 1964-cü il təvəllüd

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...