YAP rəsmisi “Guardian”da dərc olunan yazıdan danışdı
“Bəzən mətbuatda Azərbaycanla bağlı absurd iddialar əksini tapır. Məsələ araşdırıldıqda isə bunu təsdiqləyən mənbə ortaya qoyulmur. Hesab edirəm ki, növbəti analoji məqalə Azərbaycana qarşı aparılan xaricdəki müəyyən dairələrin kampaniyasının tərkib hissəsidir”.
Mynews.az xəbər verir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bəzi KİV-lərdə dərc olunmuş “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı ilə bağlı fikirlərini bildirərkən deyib.
Deputat bildirib ki, bu yazılarda mənbə göstərilmir, iddia tirajlanır və Azərbaycan haqqında mənfi rəy yaradılmağa çalışılır: “Şübhəm yoxdur ki, bunun arxasında Azərbaycanla bağlı istəkləri həyata keçməyən müəyyən dairələr, o cümlədən erməni diaspor təşkilatları dura bilər.
Azərbaycan həm daxili, həm də xarici siyasətində kifayət qədər şəffaf fəaliyyət göstərir. Azərbaycanda manatın sabitliyinin qorunması ilə xaricdən böyük investiyalar cəlb edilir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanır. Azərbaycan regional-iqtisadi layihələrin təşəbbüskarıdır, bir çox dövlətlər bu layihələrdə iştirak edirlər. Azərbaycan mədəniyyəti, həqiqətləri dünya birliyində tanınır, qəbul edilir.
Ölkə idmanı son dövrlərdə böyük uğurlar əldə edib. Azərbaycan hökuməti heç vaxt qeyri-qanuni addım atmaz. Buna ehtiyac da yoxdur. Sadəcə olaraq, Azərbaycanla bağlı hay-küy yaratmaq, ölkənin adını hansısa məsələdə hallandırmaq bəzi xarici dairələrin marağındadır. Bu, vaxtaşırı olub, növbəti dəfə də anti-Azərbaycan informasiyanın ortaya atılmasından təəccüblənmirik. Bu iddianı təsdiq edən fakt yoxdur, mümkün də deyil”.
A.Mirzəzadə qeyd edib ki, dövlət orqanları ehtiyac yaranarsa, bu məsələni hüquqi müstəviyə çıxara bilərlər.
Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı əsasında “BBC News” saytında “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı verilib və “Guardian” qəzetində bu məsələ ilə bağlı məqalələr dərc olunub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 586 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 576 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 568 dəfə oxunub