Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kristin Muttonen: "Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur"

Mən Azərbaycana gəlməkdən çox şadam.

Mynews.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanımKristin Muttonen deyib.

O bildirib: "ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var".

Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-a qədər davam edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...