Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaxarova: “The Guardian”dakı məlumatlar müttəfiqlərimizə təzyiqdir

“The Guardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirilməlidir.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiyaya bir sıra istiqamətlər üzrə informasiya sahəsində çox ciddi  təzyiqlər göstərilir: “Mənə elə gəlir ki, bu, informasiya təzyiqidir və bu təzyiq bir neçə istiqamətdə gedir. Rusiyalı jurnalistlərə qarşı təzyiqlər var, onlar informasiya məkanından sıxışdırılıb-çıxarılırlar. Bu, müxtəlif yollarla həyata keçirilir. Bütün bunlar, sözsüz ki, "feyk" xəbərlərin hesabına baş verir. Çalışırıq ki, mütəmadi olaraq bu "feyk" xəbərlərə reaksiya verək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...