Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir
Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə mart ayında Bakıya gələcək.
Mynews.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ilk dəfə Qlobal Bakı Forumuna qatılan şahzadə Turki əl-Faysalın Forumun prezident panelində “Xarici əlaqələrin gələcəyi” mövzusunda çıxışı nəzərdə tutulub.
Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə 23 il rəhbərlik etmiş Turki əl-Faysal 1979-cu ildə Məkkənin terrorçulardan azad olunması istiqamətində ölkəsinin apardığı çətin və irimiqyaslı əks-kəşfiyyat əməliyyatlarında iştirak edib. Usama bin Laden, Taliban lideri Məhəmməd Ömərlə dəfələrlə görüşərək danışıqlar aparmış Turki əl-Faysal Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri olub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumu martın 16-17-də baş tutacaq. Tədbirdə 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçısının, hökumət rəhbərlərinin, fəaliyyətdə olan və keçmiş rəsmi şəxslərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin və yüksək vəzifəli nümayəndələrinin, tanınmış siyasətçilərin, ekspertlərin iştirakı gözlənilir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1138 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1126 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1126 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1124 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1013 dəfə oxunub