Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.

Mynews.az-ın xəbərinə görə, görüşdə Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunulub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edilib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...