XİN: Azərbaycan heç vaxt suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək
“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmayıncaya qədər regionda sülhün təmin olunması qeyri-mümkündür”.
Mynews.az-ın məlumatına görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamasını APA-a şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh üçün birbaşa təhlükə olaraq qalmaqda davam edir: “Ermənistanın dövlət başçısının hansı prinsiplərdən danışdığı heç kimə aydın deyildir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutulan prinsiplər BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub.
Qətnamələrdə BMT TŞ Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir”.
Qurum təmsilçisi əlavə edib ki, Azərbaycan heç vaxt öz suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır və olunacaq. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh təmin olunar, yoxsulluq və səfalət içərisində olan Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana bilər”.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün başlayan Erməni diasporunun 6-cı forumunda çıxışı zamanı deyib ki, Ermənistan ordusu reallığı dərk etməyən qonşu ölkə, Azərbaycandan fərqli olaraq, hər zaman sabitlik və sülh şəraitini qoruyur. 2016-cı il aprel ayında erməni hərbçilərinin Azərbaycan ordusu tərəfindən yenidən müharibəyə məcbur edildiyini xatırladan S.Sarkisyan vurğulayıb ki, beynəlxalq məhkəmələr Azərbaycan vəhşiliklərinə dair qərar verəcəklər. Qarabağ, Ermənistan və diaspordakı erməni cəmiyyəti bu istiqamətdə mövqeyini sərtləşdirəcək.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təsbit olunmuş prinsiplərin varlığı ilə barışmayana qədər heç bir sülh ola bilməz.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 997 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 974 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 963 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 962 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 959 dəfə oxunub