Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tramp KİV-ləri "xalq düşməni" adlandırdı

ABŞ prezidenti Donald Tramp bir sıra KİV-ləri "xalq düşməni" adlandırıb.

Bu barədə özünün “Tvitter” hesabında yazıb.

“The New York Times qəzeti, NBC, ABC, CBS, CNN telekanalları mənim deyil, Amerika xalqının düşmənləridir”, Tramp qeyd edib.

Bundan əvvəl Donald Tramp  dəfələrlə KİV-ləri onun fəaliyyətini qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub, rüşvətxor adlandırıb.

“KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, - bu barədə Tramp ötən ilin oktyabrında Floridada tərəfdarları ilə seçkiqabağı  görüşdə bildirmişdi.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...