Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Аmerikalılar yenidən Trampı seçdilər

Amerikalıların 45%-i prezident Donald Trampa, 42%-i isə kütləvi informasiya vasitələrinə daha çox etimad edir.

Mynews.az apa.az saytına istinadən bildirir ki, “Fox News” telekanalının  keçirdiyi rəy sorğusundan sonra məlum olub.

Məlumata əsasən, respondentlərin  10%-i hər iki tərəfə inanmadığını bildirib.

Rəyi soruşulanların 68%-i hesab edir ki, KİV-lər sabiq prezident Barak Obama ilə müqayisədə Trampa qarşı daha sərt davranırlar. Fevralın 11-13-də keçirilən sorğuda 1013 nəfər iştirak edib.

Qeyd edək ki, bu gün prezident D.Tramp özünün “Tvitter” hesabında bir sıra ABŞ KİV-lərini "xalq düşməni" adlandırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...