Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Reina” terrorçusu azərbaycanlılarla təlim keçib - Türkdilli ölkələrə hücum hazırlanır

İstanbulda Yeni il gecəsində “Reina” klubuna hücum edərək, 39 nəfəri öldürən və bir neçə gün öncə həbs olunan İŞİD üzvü Abdulkadir Maşaripov terror təşkilatının azərbaycanlı üzvləri ilə eyni düşərgədə təlim keçib.

 İŞİD Əfqanıstandakı düşərgələrdə “xüsusi birlik” adı altında döyüşçülər hazırlayır.

Bu düşərgələrdə azərbaycanlı, türkman, uyğur, özbək, qazax, qırğız və Dağıstandan olanlar iştirak edir.

Məlumata görə, Abdulkadir Maşaripov da həmin düşərgədə silahlı təlim görüb.

İŞİD-in əsas hədəfində Türkiyə olduğu və planlaşdırdığı terror aktlarında türk əsilli üzvlərindən istifadə etdiyi deyilir.

Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin ötən il yaydığı hesabata görə, Şərqi Türküstan bölgəsindən uyğur türklərinin “Əl-Qaidə” və Talibana yaxın olan qrupları özlərini “Türküstan İslam Ordusu”, yaxud “Türküstan İslam Partiyası” adlandırırlar.
Dərnəyin rəhbəri Güngör Yavuzaslan bildirib ki, bu qruplar fəaliyyətlərini Suriyaya köçürürlər.


Onun sözlərinə görə, terror təşkilatlarının türkdilli ölkələrə hücumları başlaya bilər.

“Türkdilli ölkələrdən gələn döyüşçülər İŞİD-in Əfqanıstan-Pakistan xəttindəki düşərgələrində təlim keçirlər. Bu düşərgələr “Əl-Qaidə” və Talibanla birgə istifadə olunur. Türkdilli ölkələrdən gələn gənclərin ilk getdikləri düşərgələr bunlardır. Suriyadakı terrorçuların böyük qismi Əfqanıstanda Cəlalabad şəhərinin 35 kilometr cənubunda Pakistanla sərhədə yaxın ərazidə yerləşən Tora Bora dağlarıdır. Orada təlim keçən gənclər İraq və Suriyaya göndərilir. Mərkəzi Asiyada Fərqanə vadisində də artıq yüzlərlə düşərgələr qurulub”, - deyə o bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...