GUAM-ABŞ Birgə Bəyannaməsində ərazi bütövlüyünə sadiqlik vurğulanıb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib.
Mynews.az-ın XİN-in saytına istinadən verdiyi xəbərə görə, görüşün yekunu olaraq “GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edilib. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir. Regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub saxlanmasının geniş regional kontekstdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.
Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha qeyd olunur. GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq olaraq qaldığı bildirilir.
Sənəddə BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə dair öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqlik bir daha xatırladılır.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 933 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 580 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 572 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 572 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 569 dəfə oxunub