İlham Əliyev Balaxanıda - FOTO
Azərbaycan prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.
Mynews.az-ın məlumatına görə, dövlət başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçına ətraflı məlumat verib.
Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış oldu. Sənaye Parkın rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərəcək. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılacaq. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı da planlaşdırılır.
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının digər rezidenti -“Ekokat” MMC-nin fəaliyyəti ilə də tanış olub. Müəssisə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərəcək. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzətli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb.
Balaxanı Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisədir. Prezident müəssisə ilə yaxından tanış oldu. Bildirilib ki, burada tullantı kağızlardan istifadə olunmaqla çap-poliqrafiya məhsulları istehsal ediləcək. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur. Artıq müəssisə sifarişlər də qəbul etməyə başlayıb.
Dövlət başçısı Balaxanı Sənaye Parkının daha bir rezidenti - “METAK” MMC-nin müəssisəsinin fəaliyyəti ilə də tanış olub. Müəssisə tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olacaq.
12:00
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.
Mynews.az-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.
Dövlət başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.
Daha sonra Azərbaycan prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1132 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1120 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1120 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1118 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1009 dəfə oxunub