XİN Bağdadda saxlanılan azərbaycanlı uşaqlarla bağlı məlumat yaydı - FOTO
"Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi üçün İraqdakı səfirliyimiz İraq hökumətinin müvafiq orqanları ilə daim təmasdadır".
Bunu Mynews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “İraqın Azərbaycandakı səfirliyi ilə sıx təmasdayıq. Xarici İşlər Nazirliyində İraq səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Hazırda uşaqların ailə üzvlərinin kimliyinin müəyyənləşdirilməsi və bu kimi bəzi məsələlərlə bağlı işlər gedir”.
Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub