Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xələf Xələfov: Aİ işğalçıya qarşı münasibətdə qəti mövqe nümayiş etdirməlidir

“Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyin bərqərar olmasından asılıdır. 

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə Avronest PA-nın sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda deyib.

O bildirib ki, bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal edib: “Bu ölkənin apardığı təcavüz  siyasəti və etnik təmizləmə ağır nəticələr verib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Lakin bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyi üçün heç nə  edə bilməyib. Aİ işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionda sosial tərəqqiyə, iqtisadi inkişafa təkan verəcək. Azərbaycan tezliklə münaqişənin həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...